Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Alacağımız məhsulların Türkiyə istehsalı olmasına üstünlük verməliyik''

''Alacağımız məhsulların Türkiyə istehsalı olmasına üstünlük verməliyik''

Tarix: 26 Oktyabr 2020 17:36

"Bildiyiniz kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Qarabağ torpaqlarının işğaldan azad etmə əməliyyatları gedir".

Bunu Sonxeber.net-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

O bildirib ki, bir çox dünya dövlətlərini və eləcə də, beynəlxalq qurumlar Türkiyəyə qarşı qərəzli şəkildə müxtəlif sanksiyalar tətbiq etməyə çalışırlar:

"Bu mərhələ ölkəmiz üçün həm siyasi, həm iqtisadi və həm stratejik olaraq çətin müddət hesab olunur. Bu mərhələdə bizə siyasi olaraq dəstək olan bir sıra ölkələrin - Türkiyə, Pakistan, İsrail, Gürcüstan, Ukrayna və s. rəhbərləri öz çıxışlarında Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dəfələrlə vurğulamışdır. Təbii ki, bu haqq işimizdə bizə dəstək olan ən əsas ölkə Türkiyədir. Və bu ərəfələr, döyüş proseslərinin kontekstində Türkiyənin Azərbaycanı dəstəkləməsi, daim arxamızda olması bir çox dünya dövlətlərini və eləcə də, beynəlxalq qurumları olduqca narahat edir. Bu baxımdan, Türkiyəyə qarşı qərəzli şəkildə müxtəlif sanksiyalar tətbiq etməyə çalışırlar. Ermənistan və Ermənistanı dəstəkləyən bir sıra ölkələr döyüş əməliyyatları başladığı andan etibarən Türkiyə istehsalı olan məhsullara xüsusi sanksiyalar tətbiq etməyə başladı. Avropa Birliyi , hətta bir neçə gün öncə ABŞ rəhbərliyi də, Türkiyənin dəstəkləmə prosesini aparacağı təqdirdə, sanksiyalar tətbiq edəcəyini vurğuladı. Amma bunlara baxmayaraq Türkiyə öz qərarından imtina etmədi". 

E.Səfərli onu da qeyd edib ki, necə ki, Türkiyə bizi yalnız buraxmır, biz də Türkiyəni yalnız buraxmamalıyıq:

"Bu sanksiyalar və xüsusi ilə də, ticari sanksiyalar Türkiyənin iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə özünü biruzə verir. Belə ki, bugün Türkiyə milli valyutası xüsusi dəyər itirməkdədir və 1 usd ortalama 8.05 YTL qarşılığındadır. Bu gedişlə Türkiyəyə xarici pul axını və investisiyaları da sanksiyalar vasitəsilə azaldılacaqdır. Burada bir məsələ var. Necə ki, Türkiyə bizi yalnız buraxmır, biz də Türkiyəni yalnız buraxmamalıyıq. O zaman iqtisadi və ticari olaraq Türkiyənin yanında olmaq üçün aşağıdakı strategiyaları həyata keçirməliyik.

✅ Miqdarından asılı olmayaraq şirkətlər və investorlar sərmayələrini Türkiyə üzərində planlaşdırmalıdır.

✅Digər dost dövlətlərlə xarici iqtisadi və ticari əlaqələri də Türkiyə investorlarının partnyorluğu ilə qurmağa çalışılmalıdır.

✅Dövlət səviyyəsində Türkiyədə istehsal olunan və Azərbaycana idxal olunan bütün mallara gömrük rüsumu ləğv edilməli və daha güclü ticari əlaqə qurulmalıdır.

✅Alacağımız gündəlik və ümumiyyətlə istifadə etdiyimiz məhsullarımızın Türkiyə istehsalı olmasına üstünlük verməliyik.

✅ Neft və eləcə də, qeyri neft sektorunda fəaliyyət göstərən şirkətlər arasında qarşılıqlı partnyorluq, ortaqlıq müqavilələri bağlanmalı və bu ortaqlıqlarla digər xarici ölkələrə investisiyalar qoyulmalıdır".

Təhməz Əsədov


Etiketlər:  Alacağımız məhsulların Türkiyə istehsalı olmasına üstünlük verməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ