Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik

Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik

Tarix: 26 Oktyabr 2020 18:50

Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar məhkəmələr tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də əldə ediləcək.

Sonxeber.net bildirir ki, bununla bağlı Nazirlər Kabinetnin müvafiq qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Prezidentin Fərmanı ilə təsdiq edilmiş "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə"yə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar həm də məhkəmələr tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də əldə ediləcək.

Qüvvədə olan qaydaya əsasən, sadəcə vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilirdi.

Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"nə yeni bənd əlavə edilib.

Dəyişikliyə əsasən, "Elektron məhkəmə"informasiya sistemi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə inteqrasiya olunacaq.


Etiketlər:  Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq Qaydada dəyişiklik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ