Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalanların plazmasının xəstələrin müalicəsində faydasızlığı ortaya çıxdı

Koronavirusdan sağalanların plazmasının xəstələrin müalicəsində faydasızlığı ortaya çıxdı

Tarix: 26 Oktyabr 2020 21:24

Koronavirusdan sağalanların plazmasının yeni yoluxanların müalicəsində faydasız olduğu ortaya çıxıb.

Sonxeber.net bildirir ki, elm adamlarının bununla bağlı apardıqları tədqiqatların nəticələri "British Medical Journal" (BMJ) nəşrində dərc olunub.

Məlumata görə, Hindistanda apreldən iyuna qədər koronavirusa yoluxmuş 464 xəstə təcrübəyə qatılıb. Onların yarısına xəstəlikdən sağalanların plazması köçürülüb. İkinci yarısına isə klassik müalicə təyin edilib.

Məlum olub ki, qan plazması COVID-19-un ağır gedişini və ya ölüm riskini azaltmayıb.

Bununla belə, Böyük Britaniya Milli Səhiyyə Xidməti Hindistanda təcrübə zamanı İngiltərədə istifadə ediləndən 6-10 dəfə aşağı anticism səviyyəsinə sahib plazmadan istifadə edildiyini bildirib. (ölkə.az)


Etiketlər:  Koronavirusdan sağalanların plazmasının xəstələrin müalicəsində faydasızlığı ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ