Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişasta və onun orqanizmdə əmələ gətirdiyi xəstəliklər

Nişasta və onun orqanizmdə əmələ gətirdiyi xəstəliklər

Tarix: 27 Oktyabr 2020 07:42

Orqanizm nişastanı asanlıqla udub həzm edə bilmir. Bunun baş verməsi üçün orqanizmdə çoxlu kimyəvi reaksiyalar getməlidir. Orqanizmdə nişastanın sorulması üçün şəkərə ehtiyac var. Sadə şəkərin nişastaya çevrilməsi prosesinin texnologiyası çox çətindir. Bu 2-4 saat ərzində baş verir. Bu müddətdə isə enerji sərfinə və bioloji aktiv maddələrə (B qrup vitaminlər, B2, B3, PP, C və s.) ehtiyac duyulur. Orqanizmdə vitaminlərin və mikroelementlərin çatışmazlığı nişastanın sorulmamasına səbəb olur. Bu zaman isə nişasta orqanizmdə zəhərli maddəyə çevrilir.
Nişasta orqanizm tərəfindən asanlıqla sorulmayan maddələrdən hesab edilir. O yanlız kolloid həll olma xüsusiyytinə malikdir. Nişastanın kolloid həll olması barədə aparılan elmi araşdırmalar onun molekularının əksər hissəsinin misellrdən ibarət olduğunu aşkar edib.
Nişastanın tərkibində 2 növ polisaxaridlər var: amilaza və amilopektin. Bunlar xüsusiyyətlərinə görə bir-birindən çox fərqlənirlər. Amilaza nişastanın 15-25%-ni təşkil edir. Nişastanın üzərinə qaynar su tökdükdə (80*-li) kolloid məhlula - amilazaya çevrilir.
Amilopektin buğdadan alınan nişastanın 75-85%-ni təşkil edir. Qaynar su tökülmüş nişasta amilazaya çevrilir və qatılaşaraq amilopektinə dönür. Bu zaman yapışqanabənzər maddə əmələ gəlir. Bu proses mədə-bağırsaqda da gedir. Yəni, nə qədər çox un məhsulları qəbul edilərsə bağırsaqlarımızda bir o qədər yapışqanabənzər maddə çox olar. Bu proses makaron, çörək və digər un məhsulları qəbuil edən zamanda baş verir. Bu cür qidaları qəbul etdikdə onlar mədə və onikibarmaq bağırsaqda yapışqanlı maddəyə çevrilir və qidanın gec sorulmasına səbəb olur. Sonra bu yapışqanlı maddələr bağırsaqlara keçir. Bu zaman vitaminlərin və mikroelementlərin sorulması pisləşir. Orqanizmdə yodun çatışmazlığına da nişatanın orqanizmə daxil olması səbəb olur. Belə ki, nişasta yodun orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır. Bu da bir çox patoloji əlamətlərin meydana çıxmasına səbəb olur.
Yoğun bağırsaqda nişastanın olması nəcis kütləsinin gec xaric olunmasına və nəcis daşlarının əmələ gəlməsinə səbəb olur. Nəcis daşları bağırsaqların fəaliyyətini ləngidir və bağırsaqların əvvəlcə genəlməsinə sonra da atrofiyalaşmasına səbəb olur.
Bağırsağın mikroflorasının pozulması onun turşuluq balansının korlanmasına və əvəzolunmayan aminturşuların əmələ gəlməməsinə səbəb olur. Əvəzolunmayaan amin turşiları yoğun bağırsaqda ifraz olunur. Yoğun bağırsaqda bişmiş nişasta olduqda isə onun ifarz prosesi ləngiyir və ya baş vermir. Bu səbəbdən də ona olan ehtiyacımızı ödəmək üçün biz çox yeyirik. Bu da orqanizm üçün çox təhlükəli bir vəziyyətdir.
Bağırsaqlardan sorulması mümkün olmayan nişasta qana daxil olaraq qanın tərkibinin dəyişməsinə səbəb olur.
Çörək məhsullarının bişirilməsindən əmələ gələn kimyəvi birləşmələr polisaxaridlərə çevrilir. Kartof qızartması, çipsilər və s. bu qidaların siyahısındadır.
Əziz oxucu! Bu məqaləni sonuna qədər ozudunuzsa o zaman tərkibində nişasta olan qidaların orqanzm üşün nə qədər təhlükəli olduunu da anlamışsınız. Mədə-bağırsaq sisteminə polisaxarid formasında daxil olan və yoğun bağırsaqda bişmiş nisaştyaya çevrilən qidaların orqanizm üçün nə qədər zərərli olduğunu öyrəndiyinizə görə bu cür qidalardan uzaq durmağa çalışın və sağlamlığınızın qeydinə qalın.


Etiketlər:  Nişasta onun orqanizmdə əmələ gətirdiyi xəstəliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ