Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qondarma rejimin ''müdafiə naziri'' ölüb (ƏLAVƏ OLUNUB)

Qondarma rejimin ''müdafiə naziri'' ölüb (ƏLAVƏ OLUNUB)

Tarix: 27 Oktyabr 2020 10:18

Bakı. Trend:

Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

Trend-in məlumatına görə, bu barədə erməni sosial şəbəkələrində bildiriblər.

Qeyd olunur ki, “müdafiə naziri” ilk öncə ağır yaralanıb. Xəstəxanaya çatdırIlan Cəlal Arutyunyanın həyatını xilas etmək mümkün olmayıb. Yeni “nazirin” vəzifəyə təyinatı da onu təsdiq edir ki, Arutyunyan artıq yoxdur.

XXX

09:43

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyan vəzifəsindən azad edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, qərarı qondarma rejimin "rəhbəri" Araik Arutyunyan qəbul edib.

Onun sözlərinə görə, buna səbəb C.Arutyunyanın döyüşlərdə yaralanması olub.


Etiketlər:  Qondarma rejimin müdafiə naziri ölüb ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ