Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 20:48
"Lenovo" şirkəti oyun həvəskarları üçün layihələndirilən "Legion Slim 7" portativ kompüterini satışa çıxarmağa hazırlaşır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, noutbuk "AMD" aparat platforması üzərində qurulub. Maksimal konfiqurasiya 4,4 giqahersədək dinamik artırılma imkanına malik 3,3 giqaherslik tezlikdə işləyən 6 nüvəli (16 təlimat axını) "Ryzen 9 4900H" prosessorundan istifadəni nəzərdə tutur.
Yeni qurğu təsvir ölçüsü daha bahalı versiyalarda 3840 × 2160 piksel (4К formatı) təşkil edən 15,6 düym diaqonallı ekranla təchiz edilib. Qrafika emalı "NVIDIA GeForce RTX 2060" diskret sürətləndiricisi tərəfindən həyata keçirilir.
Kompüter 32 giqabaytlıq "DDR4-3200" operativ yaddaş və 2 terabayt tutumlu sürətli "PCIe NVMe" bərkcisimli toplayıcısı ilə təchiz olunub. Həmçinin "Killer AX1650 Wi-Fi" və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, 2 vatlıq stereodinamiklər, işıqlı klaviatura və barmaq izi skaneri sadalanır.
Mövcud çıxışlar kimi iki "USB 3.2 Gen2 Type-C" və "USB 3.2 Gen2 Type-A" portu, 3,5 millimetrlik audioçıxış və "SD" oxucusu göstərilir. Noutbuka "Windows 10" əməliyyat sistemi quraşdırılıb.
Yeni qurğunun oktyabrın sonunadək 1370 dollara satışa çıxarılması planlaşdırılır.