Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 20:56
Smartfonları günümüzdə ümumi problem olan kiber təhdidlərdən və haker hücumlarından qorumaq üçün bir sıra tədbirlər görülür.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, bir smartfona sahib olduğunuz müddətdə, müxtəlif kiber təhdidlərə məruz qalma ehtimalınız var.Telefonunuzun və telefonunuzdakı məlumatların kiber təhdidlərdən və haker hücumlarından qorunmasını təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Haker hücumlarından qorunma müxtəlif üsullarla mümkün ola bilər.Bu sadə, lakin effektiv tədbirlər sayəsində smartfonlarınızı etibarlı şəkildə qoruya bilərsiniz. Sizin üçün smartfonlara edilən haker hücumlarından qorunma yollarını sadaladığımız yazıya xoş gəlmisiniz.
Smartfonlardan istifadə edərkən haker hücumlarından qorunmaq üçün nə edə bilərik?
Çətin bir parol yaradın,
Parolunuzu tez-tez dəyişdirin,
İstifadə etdiyiniz hər bir hesab üçün ayrıca bir parol yaradın,
Telefonunuzun yaddaşını vaxtaşırı azaldın,
Bir antivirus tətbiqi istifadə edin,
Pulsuz Wi-Fi xidmətlərindən istifadə etməməyə diqqət edin,
Mənşəyi bilinməyən e-poçtları açmayın,
Telefonunuzun əməliyyat sistemini yeniləyin