Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 09:56
"Barselona" prezidenti Josep Maria Bartomeu vəzifəsindən istefa verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. O, bu qərarını idarə heyətinin üzvləri ilə iclasından sonra açıqlayıb.
İspaniya mətbuatı istefa səbəbinin zəif nəticələr və klubun iqtisadi vəziyyəti olduğunu yazıb.
Bundan əvvəl Bartomeu, klub üzvləri tərəfindən etimadsızlıq qərarı almışdı. Prezident referendumu gözləməmək qərarına gəlib və istefa verib.
Qeyd edək ki, Bartomeu 2014-cü ildən Kataloniya təmsilçisinin prezidenti idi. O, dünən vəzifəsindən istefa verməyəcəyini açıqlamışdı.