Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 16:15
Bakı. Trend:
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə bütün növ dəri xəstəliklərini müalicə edən, estetik gözəlliyi qoruyub saxlamağa kömək edən yüksəkixtisaslı həkim-dermatoveneroloq Dr. Sevinc Kərimovanı təqdim edirik.
Dəri xəstəliklərinin müalicəsi ilə məşğul olan Dr. SEVİNC KƏRİMOVANIN iştirakı ilə Mərkəzi Gömrük Hospitalında allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnağın və saçların göbələk xəstəlikləri, zöhrəvi xəstəliklər - xlamidioz, mikoplazma, ureaplazmoz, qonoreya, trixomoniaz, herpes və digər zöhrəvi xəstəliklərin müasir üsullarla diaqnostikası və müalicəsi həyata keçirilir. Həmçinin, viruslu ziyillər, ət xalları adlandırdığımız papilloma, epitelioma, bazalioma və s. dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi prosedurları icra edilir.
Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir. O, 1996-2009-cu illərdə dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir. Dr. Sevinc Kərimova öz üzərində çalışan, dünya alimlərinin tibb sahəsində qazandığı nailiyyətlərdən öz təcrübəsində yararlanan həkimdir. Müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən konfrans, konqres və seminarlarda iştirak edərək ixtisasını artırmışdır.
O, 2009-cu ildə Avstriyanın Zalzburq şəhərində "Dəri-zöhrəvi xəstəliklərin müasir diaqnostika və müalicəsi" kursu keçmiş, 2013-cü ildə Şotlandiyanın Edinburq şəhərində "Dəri xəstəliklərində müasir patomorfoloji tədqiqatlar" üzrə seminarda, 2014-cü ildə İtaliyanın Florensiya şəhərində “Dermatologiya və kosmetologiyada lazer aparatlarının tətbiqi” kursunda, 2017-ci ildə Avstriyanın Vyana şəhərində "Molekulyar diaqnostika" kursu keçmişdir. O, 24-29 aprel 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən İDEA 2019 – Beynəlxalq Dermatopatoloji Estetik Akademiyasının konqresində iştirak etmişdir.
COVİD-19 infeksiyasının ölkəmizə ayaq basdığı ilk gündən bu xəstəliyə qarşı mübarizəyə səfərbər olan ilk həkimlərdən biridir. O, fevral ayında Astara Gömrük postuna ezam olunmuş və burada İrandan Azərbaycana gələn vətəndaşları yoxlayan ilk həkimlər briqadasının tərkibində fəaliyyət göstərmişdir. Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə Dr. Sevin Kərimova kovidli xəstələrin müalicəsində iştirak etmişdir.
Dr.Sevinc Kərimova Türk Dermotoloji dərnəyinin, Avropa Asiya Dermotoloqlar cəmiyyətinin və Rusiya Dermotoloji dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-kerimova. Dr. Sevinc Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.