Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 20:33
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında İran Xarici İşlər nazirinin müavini və İran Prezidentinin xüsusi elçisi Seyid Abbas Ərağçi deyib.
S.A.Ərağçinin sözlərinə görə, İran qeyri-hərbi obyektlərə hücumu qətiyyətlə pisləyir: "Bu, İranın şəffaf mövqeyidir. Günahsız insanlara hücumlar etmək dərhal dayandırılmalıdır. Azərbaycan xalqı və dövlətinə şərik çıxırıq. İran öz səylərini artıracaq ki, sivillərin öldürülməsinin qarşısı alınsın. İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir".