Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 09:36
Ermənistanda siyasi rəhbərlik və hərbi komandanlıq arasında gərginlik döyüşlərin ilk günündən bəllidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, belə bir vəziyyətdə artıq Ermənistan ordusunda hər hansısa bir nizam - intizam və effektiv döyüş ruhunun olmayacağı məlum idi: "Düşmən ordusunda aşağı səviyyəli döyüş ruhunun olmasının bir neçə səbəbi var. Birincisi, artıq Ermənistanda erməni əhalisi məsələnin birdəfəlik həll olunmasını istəyir. Ona görə də hərbi xidmətdən qaçırlar. Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb. Əhali müharibənin ilk həftəsindən məğlubiyyəti dadmağa başladı. Ermənistan rəhbərliyi döyüşlərdə Azərbaycan Ordusunun uğurlarını nə qədər gizli saxlasa da, artıq hər şey əhaliyə məlum oldu. Bir həftədən sonra Qarabağdakı separatçılar ərazini tərk etməyə başladılar. Ermənistanda da bu ab-hava mövcuddur".
Ekspertin sözlərinə görə, Ermənistan xalqı artıq bilir ki, bu ərazilər Azərbaycanındır və Azərbaycan bu əraziləri geri alacaq: "Ermənistanın ən tanınmış şəxsləri artıq bunu bilir və vəziyyətin gərgin olduğunu anlayır, hətta Qarabağın deyil, Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı çağırışlar edirlər. Ötən gün Ermənistan Müdafiə Nazirliyi də əraziləri itirdikləri ilə bağlı məlumatları açıqlayıb. Bununla bağlı xəritəni də təqdim ediblər. Azərbaycan Ordusu hər gün vacib strateji yüksəklikləri işğaldan azad edir. Ermənistan artıq bu məğlubiyyətlə barışmaq məcburiyyətindədir. Başqa çıxış yolları qalmayıb. Strateji, taktik, hərbi - siyasi psixoloji istiqamətlərdə belə Ermənistan dövləti artıq məğlub olub. Bunu etiraf etmək onlar üçün ən doğru yoldur. Azərbaycan Ordusunun bölgənin dərinliklərində düşmənə qarşı apardığı hərbi əməliyyatlar artıq Ermənistan ordusunun şəxsi heyətində psixoloji gərginlik yaradır. Ermənisatan artıq dərk edir ki, Azərbaycan Ordusunun qarşısında acizdir".