Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 07:36
Bakı. Trend:
İsrail hökuməti yeni koronavirus epidemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini 60 gün müddətinə 3 yanvar 2021-ə qədər uzadıb.
Trend-in məlumatına görə bu barədə dövlətin baş nazirinin ofisi bildirib.
Qeyd edilib ki, bu qərar ölkənin Knesseti (parlamenti) tərəfindən təsdiqlənməlidir. İsraildə fövqəladə vəziyyət koronavirusun daha da yayılmasının qarşısını alması bağlı sərt tədbirlərin görülməsi üçün 2020-ci il martın ortalarında tətbiq edilib.