Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 11:21
Bakı. İlhamə İsabalayeva – Trend:
Biz hər şagirdin ənənəvi təhsil almasının tərəfdarıyıq, amma indi yaranmış vəziyyətdə ən düzgün yol distant təhsildir.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sutka ərzində yoluxma sayının 1000-dən çox olması artıq distant təhsilin təşkili barədə qərarın verilməsinə səbəb olub.
Nazir bildirib ki, hazırda hər bir vətəndaşın verə biləcəyi töhfə qaydalara əməl etməkdir.