Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 14:45
Sentyabrın 27-dən bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin cinayətlərdən 39-u Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlıdır: "Bundan başqa, Dağlıq Qarabağda mizdluların döyüş əməliyyatında iştirakı ilə bağlı 5, tarixi abidələrin dağıdılması və ekologiyaya zərər dəyməsi ilə bağlı 1 cinayət işi başlanıb. Həmçinin mizdluların döyüş əməliyyatında əsir düşmüş hərbçilərə qeyri-insani rəftarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində 3, Respublika Hərbi Prokurorluğunda isə 4 cinayət işi başlanıb. Hazırda bütün cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir".