Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 08:24
Bakı. Trend:
Böyük Britaniya əhali arasında profilaktik peyvəndləmə proqramına uyğun olaraq cari il qripə qarşı peyvəndlərin ixracını məhdudlaşdıracaq.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Mett Henkok bildirib.
M.Henkok deyib: "Bu tədbir qışdan əvvəl 30 milyon doza qripə qarşı peyvəndin təmin edilməsi planlarımızı qoruyacaq".
Nazir vurğulayıb ki, hazırkı mərhələdə Birləşmiş Krallıqda peyvəndləmə üçün kifayət qədər preparat var.