Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 08:58
"Mənim ideyam belədir ki, VAR başadüşülən, aydın olan vəziyyətlərdə istifadə edilməlidir".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı VAR sistemindən mənasız yerə də istifadə olunmasından narazılığını dilə gətirib: "Bəzi liqalarda oyun həddən artıq çox dayandırılır, VAR-a görə çox vaxt gedir. Bu, futbol üçün pisdir. Bir sıra qaydaların izahı ilə bağlı şübhələrim var. Bunlar əllə oyun, oyundankənar vəziyyətlərdəki 1-2 sm qaydalarıdır. Həmçinin bəzən penalti vaxtı qapı xəttini bir neçə santimetr keçən qapıçıları cəzalandırılmasını nəzərdə tuturam".