Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müalicə olunmamış qripin təhlükəli ağırlaşmaları var-Bu əlamətlər varsa, özünümüalicə ilə məşğul olmayın!

Müalicə olunmamış qripin təhlükəli ağırlaşmaları var-Bu əlamətlər varsa, özünümüalicə ilə məşğul olmayın!

Tarix: 31 Oktyabr 2020 19:51

İnsanların bir çoxu qripi çox yüngül, adi bir xəstəlik kimi təqdim etsələr də, əslində belə deyil. Qrip ağır  xəstəlikdir və onun ağırlaşması ağır fəsadlara, hətta ölümə səbəb ola bilər. Pandemiya dövründə qripin daha təhlükəli olduğu bildirilir. Çünki COVİD-lə birgə qripin inkişafı orqanizmdə daha ağır nəticələr yarada bilər.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi əhaliyə pandemiya dövründə qripdən qorunmaqla bağlı müraciət edib, bir sıra tövsiyələr açıqlayıb:

COVID-19 pandemiyası dövründə özünüzü qripdən qoruyun!

Vaxtında müalicə olunmamış qripin təhlükəli ağırlaşmaları var!
 
Əgər Sizdə aşağıdakı əlamətlər baş verərsə, qətiyyən özünümüalicə ilə məşğul olmayın, təcili həkimə müraciət edin!
 
Soyuqdəymə əlamətlərinin bir həftədən çox davam etməsi
 
Qulaqda ağrı və ifrazatın əmələ gəlməsi
 
Şiddətli baş ağrısının əmələ gəlməsi
 
Hərarətin 39,5 C və daha yuxarı qalxması
 
Təngəfəsliyin və xırıltılı tənəffüsün əmələ gəlməsi
 
Boğazda güclü ağrıların və ya öskürəyin bir həftədən çox davam etməsi, qatı bəlğəmin xaric olması.


Etiketlər:  Müalicə olunmamış qripin təhlükəli ağırlaşmaları əlamətlər varsa özünümüalicə ilə məşğul olmayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ