Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 23:36
Bakı. Trend:
Səsvermə proseduru başa çatdıqdan və seçki məntəqələri bağlandıqdan sonra Gürcüstanın dörd televiziya kanalı parlament seçkilərinin "exit-polları"ın nəticələrini dərc edib.
Trend-in məlumatına görə, Imedi TV-nin sifarişi ilə "American Public Opinion Strategies" tərəfindən eksitpoll keçirilib. Saat 18:00-da keçirilən exit-poll nəticələrinə əsasən proporsional sistemi üzrə "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Güc birlikdədir", üçüncü yerdə "Avropa Gürcüstanı" partiyasıdır.
Mtavari Archi "exit-polları" Fransa IPSOS şirkətindən sifariş etdi. Saat 17:00-da keçirilən "exit-poll"a görə, proporsional sistemi üzrə "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Güc birlikdədir", üçüncü yerdə "Avropa Gürcüstanı" durur.
"Formula" televiziya şirkəti üçün exit-poll-u Amerikanın Edison Research şirkəti həyata keçirdi. Saat 16:00-da keçirilən exit-poll-a görə, "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Güc birlikdədir", üçüncü yerdə "Avropa Gürcüstanı" durur.
"Rustavi 2" televiziyası İngiltərənin "Survation" şirkətindən exit-poll-u sifariş etdi. Saat 15:00-da keçirilən exit-poll-a görə, "Gürcü Arzusu" birinci yerdə, ikinci yerdə "Milli Hərəkat - Birlikdə Güc", üçüncü yerdə "Avropa Gürcüstanı" durur.