Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN Trampı ədalətli olmağa çağırıb

Türkiyə XİN Trampı ədalətli olmağa çağırıb

Tarix: 24 Aprel 2019 23:12

Bakı. Trend:

Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Osmanlı imperiyasında 1915-ci ilin hadisələri bəyanatını şərh edib.

Trend-in məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi D.Trampın bu barədə bəyanatını mənasız adlandırıb: "Daxili siyasi mülahizələrə görə tarixin təhrif olunması yolverilməzdir. Həmin dövrdə erməniləri tərəfindən öldürülən 500 mindən artıq müsəlmanı xatırladaraq, D.Trampı ədalətli olmağa çağırırıq".

Qeyd edilir ki, Türkiyə 104 il bundan əvvəl baş vermiş hadisələrin hərtərəfli araşdırılması üçün Birgə Tarix Komissiyasının yaradılmasına bir daha hazır olduğunu vurğulayır: "1915-ci il hadisələrinə görə məsuliyyətdən yayınmaq istəyən radikal ermənilər bu təklifə müsbət reaksiya verməyə cəsarət göstərmirlər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə XİN Trampı ədalətli olmağa çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ