Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 19:12
Bu patoliji vəziyyət beyin qabığında yerləşən hərəki neyronların və ya onların piramid yollardan keçən aksonlarının zədələnməsi nəticəsində əmələ gəlir.Xəstəlik aşağıdakı hallarda baş verir:
- beyin daxilinə və onun qişaları arasına qansızmalar olduqda
- beyin damarlarının trombozu zamanı
- beyin damarlarının emboliyasında
- kəllə travmaları zamanı
- sinir toxumasının şişləri zamanı
- mərkəzi hərəki yolların zədələnməsi zamanı
Mərkəzi hərəki neyronlar zədələndikdə innervasiyası pozulmuş skelet əzələlərinin hərəkəti ilk saatlar ərzində tamamilə itir.Bir neçə saatdan sonra isə əzələlərin tonusu yüksəlir və əzələlərin passiv hərəkətə qarşı müqaviməti artır.Bu zaman iflic olmuş nahiyədə iradi hərəkətlər itirilsə də reflektor reaksiyalar saxlanılır.Mərkəzi mənşəli iflic zamanı əzələlərdə ditrofiya müşahidə edilmir.
Mərkəzi iflic və parezlərin bir neçə növü vardır:
- hemiparez(hemiplegiya)
- monoparez(monoplegiya)
- tetraparez(tetraplegiya)
- paraparez(paraplegiya)
- parez(iflic)
Aşağı və yuxarı ətrafların birtərəfli iflici hemiparez adlanır.Bu beyin qabığının bir tərəfində yerləşən hərəki neyronlar bütünlüklə zədələndikdə bədənin əks tərəfində baş verir.Çünki,beyinin sol yarımkürəsində olan neyronlar sağ tərəfə,sağ yarımkürəsində olan neyreonlar isə sol tərəfə işləyir.Bu neyronların kəsişməsi isə onurğa beyin sərhədində kəsişir.Yalnız onurğa beyinin zədələnməsi zamanı hər iki tərəfin iflici baş verir ki, bu da paraparez adlanır.Ətrafların birinin iflici monoplegiya adlanır.
Bəzən eyni vaxtda bir tərəfin yuxarı,digər tərəfin isə aşağı hissəsinin iflici baş verir ki,bu çarpaz iflic adlandırırlır.
Xəstəliyə diaqnozun qoyulmasında nervpatoloqların müşahidələri və MRT- nin nəticələri əsas götürülür.
Müalicə zamanı uzunmüddətli olaraq konservativ və fizioteraspevtik üsullardan istifadə edilir.