Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 19:48
Məşhur analitik Neil Cybart 1 milyard insanın iPhone istifadəçisi olduğunu açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, analitikin məlumatına görə, Apple şirkəti 2018-ci ildən bu günədək iPhone istifadəçiləri ilə bağlı hər hansı statistika yayımlamır. Mütəxəssislərin fikrincə, şirkət məhz iPhone satışları aşağı düşdüyü üçün statistikaları gizli saxlayır.
Bununla yanaşı, analitik hesablamalar zamanı ikinci əl iPhone satışlarının nəzərə alınmadığını vurğulayıb.
Qeyd edək ki, ehtimallara görə, ötən il bu göstərici 900 milyon civarında idi.