Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 01:48
Bakı. Trend:
Türkiyənin İzmir şəhərində oktyabrın 30-u baş verən güclü zəlzələdən sonra 40-dan artıq çoxmərtəbəli bina zədələnib və ya dağılıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum bildirib.
M.Kurum deyib: "Zəlzələdən sonra 2234 binaya baxış keçirilib. 41 bina tamamilə dağıdılıb və ya ciddi ziyan görüb, 1041 bina isə qismən ziyan görüb".
Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub. Zəlzələ nəticəsində 69 nəfər həlak olub, 949 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 220 nəfərinin hazırda müalicəsi davam etdirilir.