Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 10:30
Bakı. Trend:
Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını "tapıb". Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar.
Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-də məlumatlar dərc olunub.
Bilrilir ki, Yerevan anti-Rusiya kampaniyasın yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.
O bildirib ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistana Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina edib.
Bundan başqa, politoloq Rusiyanımn Ermənistanı təchiz etdiyi silah və hərbi texnikanı keyfiyyətsizliyindən şikayət edib:
“Rusiyanın silahları Türkiyə və İsrailin Azərbaycana tədarük etdiyi silahlardan geri qalır. Dronlar, özügedən qurğular özünü çox yaxşı göstərir, amma Rusiyanın texnikası isə yox. Rusiya həm siyasi, həm də hərbi tərəfdaş kimi etibarsızdır”.
Qeyd edək ki, münaqişə müddətində Yerevan Qarabağ müəsələsi ilə bağlı dəfələrlə Rusiyaya kömək üçün müraciət etsə də, Moskva köməyin yalnız Ermənistan ərazisinə təhdid ola biləcəyi təqdirdə ediləcəyini bildirib.