Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 12:58
Azərbaycan milli komandasının FİFA reytinqindəki noyabr perspektivi bəlli olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu ay keçirəcək üç matçın yığmamızın necə təsir edə biləcəyi müəyyənləşib.
Noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək Canni de Byazinin yetirmələri ardınca Millətlər Liqasında iki matça çıxacaq. Komandamız ayın 14-də Zapreşiçdə Monteneqronu qəbul edəcək, üç gün sonra Lüksemburqda qonaq olacaq.
Hər üç komanda FİFA reytinqində Azərbaycanla müqayisədə daha yüksək pillədədir. Bu üzdən də bütün qarşılaşmalarda heç-heçə də millimizə reytinq xalı gətirəcək.
Yalnız məğlubiyyətlər yığmamıza mənfi təsir göstərəcək. Hazırda 1175 xalla 114-cü yerdə qərarlaşan millimiz hər üç görüşdə qalib gəlsə, ümumilikdə 25,5 xal qazanacaq. Bu, reytinqin 1201-dək yüksəlməsi üçün yetərli olacaq.
Üç məğlubiyyət isə 14,5 xal itkisi ilə nəticələnəcək. Belə olan halda əmsalımız təxminən 1161-ə enəcək.