Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb

Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb

Tarix: 3 Noyabr 2020 06:00

Bakı. Trend:

Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ORF-2 telekanalın proqramında Vyana meri Mixael Lyudviq bildirib.

O bildirib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib, onlardan yeddisi ağır yaralanıb.

Qeyd edək ki, Avstriyanın paytaxtının mərkəzində sinaqoq yaxınlığında da daxil olmaqla altı yerdə atışma baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Atəş açan şəxslərdən biri polis tərəfindən zərərsizləşdirilib.


Etiketlər:  Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb


RƏYLƏR