Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 10:33
Cənubi Qafqazda sülh yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkündür.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bu, təkcə Azərbaycanın və Türkiyənin tələbi deyil, işğal olunmuş torpaqların azad edilməsini beynəlxalq hüquq da tələb edir:
"Bu gün Azərbaycan Ermənistanın Azərbaycan ərazisindən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini özü yerinə yetirir".
Nazirlikdən bildiriblər ki, Türkiyə əvvəlki kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və hər zaman Azərbaycanın yanında olacaq.