Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Harri Premyer Liqanın ilk “10-luğ”una düşdü

Harri Premyer Liqanın ilk “10-luğ”una düşdü

Tarix: 3 Noyabr 2020 14:32

İngiltərə Premyer Liqasının VII turunda "Brayton"la keçirilən oyun "Tottenhem"in hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, londonluların 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada rəqib qapısına bir qol vuran ulduz futbolçu Premyer Liqa tarixinin ən məhsuldar 10 oyunçusu sırasına düşüb.

28 yaşlı forvard qol sayını 149-a çatdıraraq buna nail olub. Keyn bununla 10-cu pillədə qərarlaşan sabiq "Tottenhem"li Les Ferdinanda çatıb. İngiltərə millisinin üzvünü hazırda 9-cu yerdəki Maykl Ouendən cəmi 1 qol ayırır.

Siyahıya 260 topla "Nyukasl"ın əfsanəsi Alan Şirer başçılıq edir. Karyerasını davam etdirənlərdən Ueyn Runi ikinci, Serxio Aquero isə dördüncüdür.

Premyer Liqa tarixinin bombardirləri:
1. Alan Şirer - 260 qol
2. Ueyn Runi - 208
3. Endi Koul - 187
4. Serxio Aquero - 180
5. Frenk Lempard - 177
6. Tyerri Anri - 175
7. Robbi Fauler - 163
8. Cermeyn Defo - 162
9. Maykl Ouen - 150
10. Harri Keyn, Les Ferdinand - 149.


Etiketlər:  Harri Premyer Liqanın luğuna düşdü


RƏYLƏR