Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 15:21
Ermənistan Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Buna cavab olaraq Prezident İlham Əliyev sentyabrın 27-dən noyabrın 2-dək beynəlxalq və nüfuzlu media orqanlarına 24-dən artıq müsahibə verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bəzi müsahibələr bir və ya iki saat davam edib. Prezident İlham Əliyev bununla da Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır:
"Prezidentin İlham Əliyevin müsahibələrində provokativ suallar da olub. Dövlət başçısı buna baxmayaraq medianın azadlığına hörmətlə yanaşaraq bütün sualları cavablandırıb.
Dünya mətbuatında Azərbaycanın haqq savaşını ədalətli, obyektiv yayımlayan media qurumları Ermənistan lobbisi tərəfindən təzyiqlərə məruz qalır və hətta jurnalistləri fiziki məhv etməklə hədələyirlər".