Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir - Anar Eyvazov

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir - Anar Eyvazov

Tarix: 3 Noyabr 2020 15:40

Bakı. Samir Əli – Trend:

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Berd, Çəmbərək, Qafan, Tovuz, Qubadlı və Cənbrayıldakı bölmələrimiz atəşə tutulub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən mövqelərimizi atəşə tutmaqla bizi təxribatlara çəkmək istəyir: “Hazırda Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində döyüşlər gedir. Düşmən itki verərək geri çəkilib. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşməndən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin yalnız hərbi obyektlərini hədəf seçib. İşğal edilən ərazilərə gətirilən muzdluların silahı yerə qoyaraq geri çəkilməsi tövsiyə olunur. Onlar ermənilərin hiyləsinə uymasınlar. Qələbə bizimlədir”.


Etiketlər:  Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir Anar Eyvazov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ