Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 19:10
Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ildən bəri davam etdirilən
təcavüzkarlıq, işğalçılıq, terrorçuluq və vandalizm siyasətinin qurbanları təkcə mülki
əhali deyil, həm də yaşı minillərlə ölçülən tarixi-dini, mədəni abidələrimiz və
məbədlərimizdir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini
ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabatında deyilir.
Hesabatda bildirilir ki, işğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin təqribi sayı 403-dür ki, onlardan da 67-si məscidlər, 144-ü məbədlər, 192-i isə ziyarətgahlardır.
Hesabatla BURADAN tanış olmaq mümkündür.