Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ələ keçirilmiş Ermənistana aid hava hücumundan müdafiə sistemi Bakıda görüntüləndi.

Ələ keçirilmiş Ermənistana aid hava hücumundan müdafiə sistemi Bakıda görüntüləndi.

Tarix: 3 Noyabr 2020 23:52

Davam edən "Vətən Müharibəsi"ndə ordumuz düşmənə adekvat cavab olaraq düşmənin həm canlı qüvvəsinə həm də texnikalarına çoxsaylı zərbələr endirir. Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı bir çox videoda köhnə nəsil və S-300 kimi yeni nəsil sayıla biləcək bir çox hava hücum sistemlərinin məhv edildiyi aydın görülür.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, sosial mediada yayılan bir paylaşımda, Ermənistana məxsus hava hücumundan müdafiə sisteminin Bakının mərkəzi küçələrindən olan "Şamaxinka"dan daşındığı görülür. Görüntüdəki texnikanın 9K33 Osa-AKM olduğu aydın olur.

Fotonun müəllifi, "İntigam Faraj" adlı istifadəçi yazır:

"İNDİCƏ ŞAMAXİNKADA ÇƏKDİM. HARUTYUNYANIN ÖZÜ GƏLİB BAKIDA ÇAY İÇƏ BİLMƏSƏ DƏ, TEXNİKASINI GƏTİRİBLƏR."

Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir.

"Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m təşkil edir.


Etiketlər:  Ələ keçirilmiş Ermənistana hava hücumundan müdafiə sistemi Bakıda görüntüləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ