Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək

“Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək

Tarix: 4 Noyabr 2020 19:30

Bakı. Trend:

“Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək. Belə ki, “Türk dünyası ağsaqqalları“ qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da adlı layihəyə start verilir.

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

“Rəqəmsallaşan dünyada yaşayırıq və müasir dövrdə istənilən informasiyanı internet vasitəsilə əldə edirik. Müxtəlif elektron resurs və sosial şəbəkələr, həmçinin azad və onlayn ensiklopediya adlandırdığımız “Vikipediya” bizə istədiyimiz məlumatı tez əldə etməkdə daha çox kömək edir. 2011-ci ildən qəzetimiz türk dünyasının tarixi, mədəniyyəti, şəxsiyyətləri haqqında məqalələrin dərc olunmasına diqqət ayırır. Qəzetdə araşdırma mövzusunu əhatə edən məqalələr çap olunur. Ancaq müasir dövrdə insanlar daha çox virtual ensiklopediya adlandırılan “Vikipediya”ya müraciət edirlər. Ona görə də “Vikipediya”da da türk dünyası ilə bağlı layihənin həyata keçirilməsinə qərar verdik. Bunun üçün könüllülərdən ibarət qrup yaradırıq. Məqsəd türk dünyası haqqında məlumatları daha da zənginləşdirmək və onların sayını artırmaqdır. Artıq komanda bu istiqamətdə fəaliyyətə başlayıb”, - deyə Ramin Əhmədov qeyd edib.


Etiketlər:  Vikipediyada türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ