Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 05:44
Bakı. Trend:
ABŞ-da ümumi seçkilərdən bir gün sonra gərgin gözlənti və qeyri-müəyyənlik mühiti davam edir.
Trend-in məlumatına görə, səslərin sayılması bir sıra əsas ştatılarda hələ də davam edir.
Namizədlərdən hansının (respublikaçı Donald Tramp və ya demokrat Cozef Bayden) qalib olmaq üçün 270 seçici səsini toplayacağı bəlli deyil.
Associated Press veb saytındakı ABŞ-ın interaktiv xəritəsində Miçiqan (16 seçici), Pensilvaniya (20 seçici), Şimali Karolina (15 seçici), Corciya (16 seçicilər), Nevada (6 seçici) və Alyaska (3 seçici) ştatları hələ də partiya rənglərinə boyanmayıb - Respublikaçılar üçün qırmızı, Demokratlar üçün mavi rəng.
Məlumata əsasən, hələki C.Bayden 248, Donald Tramp isə 214 səs toplayır.