Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 12:56
Azərbaycanda legioner həyatı yaşayan daha iki futbolçu milli komandasına dəvət alıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, "Zirə"nin müdafiəçisi Ali Sesay və "Keşlə"nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone millisinin qarşıdakı matçlarında iştirak edə biləcək.
Sesayla Kamara Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlarda baş məşqçi Con Keysterin sərəncamında olacaqlar. Qrupun III və IV turu çərçivəsində baş tutacaq matçlar noyabrın 9-da və 17-də olacaq.
Qeyd edək ki, L qrupunda yer alan Syerra Leone yığması 2 turdan sonra aktivindəki 1 xalla qrup sonuncusudur.