Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 19:52
Dünya miqyasında Azərbaycanın əməliyyat sistemləri üzrə bazar payı açıqlanıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, oktyabr ayı üzrə ölkəmizdə ən çox bazar payı Windows əməliyyat sisteminə məxsusdur. Sözügedən əməliyyat sistemi 46.57% bazar payı ilə birinci olub. Onun ardınca 36.63% bazar payı ilə Android əməliyyat sistemi gəlir. İlk üçlüyü 10.31%-lə iOS əməliyyat sistemi tamamlayır.
Dördüncü yerin sahibi OS X əməliyyat sisteminin bazar payı 4.69%, beşinci sırada gələn Unknown 0.79%, altıncı yerdə qərarlaşan Linux əməliyyat sistemi 0.66% bazar payına sahib olub.
Əməliyyat sistemlərinin qlobal miqyasda da bazar payı açıqlanıb.
Dünya üzrə də ən çox bazar payı olan əməliyyat sistemi Windows-dur - 37.3%. İkinci yerdə gələn və 36.46% bazar payına sahib olan əməliyyat sistemi Android-dir. iOS qlobal miqyasda da üçüncü yerdə qərarlaşıb - 14.36%. Daha sonra sıralamada 8.62%-lə OS X, 1.49%-lə Unknown, 0.77%-lə Chrome OS gəlir.