Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 22:52
Xiaomi-nin ilk qatlanan modelinin təqdimat tarixi dəqiqləşib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən model Çinin China Star şirkəti tərəfindən istehsal ediləcək. Telefonun 8 düymlük OLED ekrana sahib olduğu deyilir.
Məlumatda o da qeyd olunur ki, smartfon 2021-ci ilin baharında rəflərdə yerini alacaq.
Bütün bunlarla yanaşı, modelin adı və digər detalları hələlik gizliliyini qoruyur.
Qeyd edək ki, Xiaomi qatlanan telefon bazarına rəqiblərilə müqayisədə gec addım atıb. Bütün bunlara rəğmən şirkət böyüklüyünə görə sözügedən bazarda 3-cü sırada qərarlaşıb. Birinci və ikinci pillədə Samsung və Huawei yer alır. Apple isə dördüncü yerdədir.