Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 23:48
Xiaomi üç əsas bazar məlumat təminatçısı Canalys, IDC və Counterpoint Research-ə görə, 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə üçüncü ən böyük smartfon istehsalçısı oldu.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Xiaomi üçüncü rübdə 46,5 milyon cihaz satıb. Şirkətin bu mövqeyi tutmasında Hindistandakı əhəmiyyətli qazanclar və üçüncü rübdə ümumi satış həcminin 53%-ni təşkil edən Çin mərkəzidir.
Counterpoint Market Monitor Service-in son araşdırmasına görə, Xiaomi bazar payını əvvəlki rüblə müqayisədə 75% artıraraq, ümumi göstəricidə 13%-ə yüksəldib.
Xüsusilə Xiaomi-nin Redmi 9 seriyasının giriş səviyyəli cihazları, həm Hindistan, həm də Çində yaxşı performans göstərib.