Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 10:36
Bakı. Trend:
AFFA-nın, Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarlar Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub.
Trend-in məlumatına görə, “ASK Arena”da keçirilmiş final oyununda Lənkəranın “Liman” və Bakının “Balaxanı” komandaları qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan “Liman” ölkə birinciliyinin qalibi olub.
Bürünc medallar isə yarımfinal oyunlarında məğlub olmuş paytaxtın “Gənclik” İK və “Mübariz” komandalarına təqdim olunub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, birinciliyin qalibinə isə kubok təqdim olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin