Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 12:24
Bakı. Trend:
Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi üzrə davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkə Cənubi Avropaya təbii qaz tədarükü planlarından imtina etməyəcək.
Trend-in məlumatına görə, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik boru kəməri (TAP) ildə 10 milyard kubmetr həcmində “Şahdəniz” yatağından hasil olunan təbii qazı qəbul etməyə hazır olacaq:
“Cəmi iki həftədən sonra infrastrukturun yeni sahəsi hazır olacaq”.