Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan üçün ən optimal çıxış yolu məğlubiyyəti qəbul etməkdir''

''Ermənistan üçün ən optimal çıxış yolu məğlubiyyəti qəbul etməkdir''

Tarix: 6 Noyabr 2020 13:09

Baxmayaraq ki, Ermənistan Ordusu Azərbaycan Ordusu tərəfindən hər keçən gün bir az daha artıq məhv edilir, Ermənistan tərəfi yenə də kompromis anlayışı ilə manipulyasiya edir, hələ də iddialı davranır və itirilmiş mövqeləri bərpa etmək üçün müxtəlif vasitələrə əl atır.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisini hədəf seçərək bu yolla gözümüzü qorudacağını zənn edərək yanılır:

"Məğlub olan Ermənistan üçün ən optimal çıxış yolu odur ki, məğlubiyyətini qəbul etsin və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürsün.

Hər dəfə atəşkəsi pozan Ermənistanın istəyi Azərbaycan tərəfindən azad edilmiş əraziləri geri almaq, onları yenidən işğal etməkdir. Bunu edə bilməyən Ermənistan Azərbaycanın mülki əhalisini hədəf götürür, bu yolla bizim gözümüzü qorudacağını zənn edərək yanılır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək vəzifəsini şərəflə yerinə yetirir. Azərbaycanın mövqeyi aydındır. Bu mövqe sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ermənistan isə kompromisdən danışanda konkret heç nə demir, yalnız öz müqəddəratını təyinetmədən danışır, lakin öz müqəddəratını təyinetmə Ermənistan tərəfdən kompromis deyil. Ermənistan hazırda çox qeyri-müəyyən mövqe nümayiş etdirir, onlar öz mövqelərində daha dəqiq olmalıdırlar. Azərbaycan Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyir".

"Ermənistanın bu qeyri-dəqiqliyi və qeyri-adekvatlığı bu gün onlar üçün acı nəticələrə gətirib çıxardı. Heç bir dövlətdən açıq dəstək almayan Ermənistanın vəziyyəti günü-gündən acınacaqlı hal alır. Ermənistan vaxtında məntiqlə davransaydı, bu gün hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq və müharibə bəlkə də bir ay əvvəl bitərdi. Sentyabrın 27-dən ötən vaxt ərzində Ermənistanın bu istiqamətdə heç bir addım atmaması onun vəziyyətini daha da ağırlaşdırıb. Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş öz torpaqları uğrunda döyüşür, dünya da beynəlxalq hüquq baxımından Azərbaycanın haqlı olduğunu görür", - Şəbnəm Həsənova deyib.

Təhməz Əsədov


Etiketlər:  Ermənistan üçün optimal çıxış yolu məğlubiyyəti qəbul etməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ