Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ''Hizbullah'' ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib

ABŞ ''Hizbullah'' ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib

Tarix: 25 Aprel 2019 02:20

Bakı. Trend:

ABŞ "Hizbullah" hərəkatı ilə əlaqədar sanksiyalar siyahısına iki nəfər və üç təşkilatı daxil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Bildirilir ki, sanksiyalar siyahısına Belçika vətəndaşı Vael Bazzi, Livan vətəndaşı Həsən Tabaci, Böyük Britaniyada qeydiyyatdan keçmiş "BSQRD Limited" şirkəti və Belçikada qeydiyyatdan keçmiş "Voltra Transcor Energy BVBA" və "OFFISCOOP NV" şirkətləri daxil edilib.

Maliyyə Nazirliyinin məlumatında deyilir: "Həsən Tabaci və Vael Bazziyə qarşı sanksiyalar tətbiq etməklə ABŞ administrasiyası "Hizbullah"ın maliyyə dəstəyinin qarşını almağa davam edir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Hizbullah ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ