Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 11:32
Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası “Trabzonspor”la bağlı qərarını açıqlayıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qərara əsasən, Trabzon təmsilçisi 2019/2020 mövsümündə avrokuboklarda iştirak edə biləcək.
Ancaq klubun 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyi üçün 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan kənarlaşdırıla biləcəyi vurğulanıb. "Trabzonspor"un bu cəzaya məruz qalmamaq üçün 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməli olduğu qeyd edilib.
UEFA bundan başqa, "Trabzonspor"un 2019/2020 mövsümündə avrokuboklardan qazanacağı gəlirin 50 faizindən məhrum ediləcəyini açıqlayıb.