Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk futbolçu Avroliqanın tarixinə düşdü

Türk futbolçu Avroliqanın tarixinə düşdü

Tarix: 6 Noyabr 2020 15:38

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Milan"la səfər oyununda (3:0)  het-trik edən "Lill"in futbolçusu Yusuf Yazıçı turnirin tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "San-Siro"da rəqib qapısından 3 top keçirən türkiyəli yarımmüdafiəçi Avropa Liqasında bir mövsümdə iki səfər oyununda het-trik edən ilk futbolçu olub.

Türkiyə millisinin üzvü qrup mərhələsinin 3-cü turunda "Sparta" (Çexiya) ilə görüşdə də (4:1) het-trik etmişdi.

Qeyd edək ki, 2019-cu ildən "Lill"də çıxış edən hücumameyilli yarımmüdafiəçi bu mövsüm ümumuilikdə 11 oyuna 7 qol vurub.

Milli.Az


Etiketlər:  Türk futbolçu Avroliqanın tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ