Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbi hissədə bədbəxt hadisə - 2 hərbçimiz həlak olub, 1 yaralı

Hərbi hissədə bədbəxt hadisə - 2 hərbçimiz həlak olub, 1 yaralı

Tarix: 6 Iyul 2019 12:04

Bakı. Trend:

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Hərbi hissədə bədbəxt hadisə 2 hərbçimiz həlak olub 1 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ