Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 18:25
Bizim də kəndimiz işğaldan azad edildi.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi Zəngilan rayonunun Şəfibəyli kəndinin düşməndən azad edildiyini eşidəndə yaşadığı hissləri bölüşüb:
"Babam Şəfibəyli kəndindəndir. Heç vaxt orada olmamışam. Hər zaman arzulayırdım ki, işğaldan azad edilsin gedib oranı görüm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Arzumun bir qismi reallaşdı. O torpaqlara ayaq basacağım anı səbirsizliklə gözləyirəm. İnşallah, orada ev tikdirəcəm. Bu mənim çoxdankı arzumdur".