Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 13:39
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn qadın Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı olan həmin şəxsin üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofona bükülmüş 10 ədəd yumru formalı bağlamada, ümumi çəkisi 197 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin