Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 15:42
"Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişiklik edilib.
Nazirlər Kabinetindən Sonxeber.net-a bildirilib ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi, elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin "Fərdi elektron pəncərə" elektron məlumat sistemi vasitəsilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilib.
Bildirilir ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi. Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.