Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 16:56
Bakı. Elnur Bağışov – Trend:
İranda prezident və şəhər-kənd islam şuraları (bələdiyyə) seçkiləri gələn il 18 iyunda keçiriləcək.
Trend-in məlumatına görə, bunu İranın Daxili İşlər nazirinin müavini Camal Orf jurnalistlərə açıqlamasında deyib.
C.Orfun sözlərinə görə, İranda 13-cü çağırış prezident seçkiləri üzrə Seçki Komissiyası 1 fevralda fəaliyyətə başlayacaq.
O edib ki, namizədlərin qeydiyyata alınması, səlahiyyətlərin təyin olunması və seçkilərlə əlaqədar digər məsələlər gələn il müəyyənləşəcək: “Şəhər və kəndlərin islam şuraları (bələdiyyə) namizədlərin qeydiyyata alınmasına 19 fevralda, prezident seçkilərinə namizədlərin qeydiyyata alınmasına isə 21 mayda başlanacaq”.
Nazir müavini bildirib ki, bu seçkilərlə yanaşı, Rəhbərlik Ekspertlər Məclisi və Parlamentin dövri seçkiləri də təşkil olunacaq.