Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 17:20
Yaponiya Hava Yolları (JAL) 2022-ci ildə zibillərdən əldə olunmuş bioloji yanacaq mayesindən təyyarələrdə istifadə edəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Kyodo Agentliyi məlumat yayıb. Bildirilib ki, ev tullantılarından əldə olunan yanacaq təcrübədən keçirilib və iki il sonra daimi şəkildə istifadəsi mümkündür.
Ən böyük aviaşirkət olan All Nippon Airways (ANA) isə 2023-cü ildə bu üsula əl atacaq. Bununla da, havanın karbonla çirklənməsinin qarşısı nisbətən alınacaq.