Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 14:44
Rusiyanın “Ufa” klubu Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib.
Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, onunla uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvanda dünyaya gələn müdafiəçi ötən mövsüm "Spartak"ın gənclər komandasında 28 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib. O, həmçinin Rusiyanın U-19 komandasında 4 oyundaiştirak edib.
Xatırladaq ki, “Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.